Din

İlahiyyatçı: “Başdaşının hansı formada olması haqqında İslamda qadağa yoxdur”

8 Dekabr 2018 17:29
5 Şərh     Baxış: 826

İlahiyyatçı Elşad Miri deyir ki, bu məsələlərə digər ölkələrdə bələdiyyələr baxır və burada İslama aid hər hansı nüans yoxdur

Baş nazir Novruz Məmmədov "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nı təsdiq edib. Qaydalar qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. 

Qərarı dəstəkləyən din adamları digər ölkələrdə olduğu kimi, ölkəmizdə də bu işlərlə sırf dövlət qurumlarının məşğul olmasının düzgün olduğu qənaətindədirlər. Onlara görə, qəbirlərin necəliyinə islam dini qarışmır. 

Milli.Az bildirir ki, ilahiyyatçı Elşad Mirinin Sputnik Azərbaycan-a dediyinə görə, İslam dini qəbirlər və ya ölülər üçün gəlməyib: "İslam dini dirilər üçün gəlib. Qəbir mövzusu ilə bağlı məsələlərə digər ölkələrdə bələdiyyələr baxır və burada İslama aid hər hansı nüans yoxdur. Qəbirin hansı formada olması haqqında İslamda qadağa yoxdur. İslam dini sadəliyə, qənaətcilliyə önəm verən dindir".

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 8 Dekabr 17:3332

    ilahiyyatçı? siz hələ elşad mirini tanımırsız?

    Cavab yaz
  • Anonim
    Yazdim · 8 Dekabr 17:4222

    Dini tehrif ederek ne qazanacan ay kafir

    Cavab yaz
  • Anonim
    · 8 Dekabr 18:2630

    İslamda bütpərəstlik yoxdur.Qəbr üstündə heykəl ucaltmaq kafirlərin adətidir.

    Cavab yaz
  • Anonim
    Sarvan s · 8 Dekabr 19:1230

    Elşad Miri amerika kəşf etdi. Din dirilər üçündür deyirsən , bu dirinin bir ölən günü olcaq ya yox.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 8 Dekabr 21:0900

    Əlbəttə ki,din dirilər üçündür.Ölü neynir dini:))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.