Din

Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq - ŞƏRH

16 Oktyabr 2018 20:44
3 Şərh     Baxış: 2 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Nazirlər Kabineti bu gün ölkədə dini mərasimlərin yeni qaydalarını müzakirə edib. Yeni qanuna əsasən, dəbdəbəli qəbirlər və ehsan verilərkən israfçılıq etmək (dəfn mərasimi zamanı verilən yeməyi - red.) qadağan olunacaq.

Milli.Az bildirir ki, bu fikirləri oxu.az-a açıqlamasında "Məşədi Dadaş" məscidinin imamı, din xadimi Hacı Şahin Həsənli deyib. 

Onun sözlərinə görə, Azərbaycanda uzun müddət qonşularla bərabərləşmə tendensiyası müşahidə olunurdu:

"Baxın, qonşularımız yas mərasimi necə möhtəşəm keçirdilər, biz də geri qalmamalıyıq..."

"Yaslarda masalar toy mərasimlərindəki kimi dəbdəbəli görünürdü. İslam bütün bunlara qarşıdır. Bu, israfçılıqdır. Eyni sözləri mərmərdən hazırlanan dəbdəbəli qəbirlər haqqında da söyləmək olar. Çoxları bilmir ki, bu, ermənilərin adətidir və məhz onlar əsrlər boyu bu sənətlə məşğul olublar", - imam qeyd edib. 

Müsahibimiz bildirib ki, qəbir daşları bundan sonra bir-birindən fərqlənməyəcək, bu təcrübədən dünyanın inkişaf etmiş ölkələrində istifadə edilir. 

Din xadimi əlavə edib ki, qanun əvvəllər qoyulmuş qəbir daşlarına aid olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.