Siyasət

Əsgərimiz düz edir: düşmən şəfqət anlamaz

17 Noyabr 2021 11:30
2 Şərh     Baxış: 3 539

Əsgərlərimizin erməniləri şapalaqladığı, salam verdirdikləri videoların paylaşılmasını qeyri-insani davranış sayanlar, "bu görüntülərdən bizə qarşı istifadə olunacağını" yazanlar var.

Buyururlar ki, Azərbaycan Ordusunun əsgəri belə davranmamılıdır, dünya birliiyi qarşısında aqressiv insanlar təsiri bağışlayırıq və s.

Mənsə deyirəm və yazıram: lap düz edirlər.

Libertarianlıq, humanizm, şəfqət, insanpərvərlik və s.-nin nə olduğunu bilirəm.

Hərbi əsirlərlə davranmaqla bağlı 1949-cu ilin avqustun 12-də qəbul olunmuş Cenevrə konvensiyası var. Həmin hərbi əməliyyatlar əsnasında və sonrakı dövrdə hərbi əsirlərlə davranış qaydalarını müəyyənləşdirərək təsbit edir.

Cenevrə konvensiyasından savayı, onlarla beynəlxalq sənəd sözügedən sahədəki prosesləri tənzimləyir.

Amma...

Ermənilər bu aksiomları, mütləq həqiqətləri anlamayıblar, anlamırlar və anlayan deyillər.

Birinci Qarabağ Savaşından öncə Zəngazurda, Dərələyəzdə, Ağbabada, Vedibasarda, Basarkeçərdə azərbaycanlı ailələrə hücum edən, ailə başçısını qətlə yetirəndən sonra qadını işgəncələrlə öldürən, uşaqları güllələyən ermənilər deyildi?

Qarabağda südəmər uşaqlarımızı havaya atıb onları süngüyə keçirən onlar deyildi?

Uşaqları, qadınları, qocaları diri-diri yandıran onlar deyildi?

44 günlük Vətən Müharibəsi günlərində ağır yaralı əsgərlərimizə atəş açan ermənilərdi.

Təbii, ermənilərin bu ağlasığmaz vəhşiliklərini sadəcə, militar şəxslərin ifrat aqressiv, psixoloji və psixi komplekslərdən irəli gələn davranış kimi səciyyələndirmək də olardı bəlkə.

Lakin Ermənistan mediasında, sosial şəbəkələrin erməni seqmentində və ümumiyyətlə, Ermənistan cəmiyyəti ilə ermənilər arasında Azərbaycanla, azərbaycanlılarla bağlı az qala vahid format halını alaraq yekdilləşmiş fikir var: "Azərbaycan viran, azərbaycanlılar məhv edilməlidir. Tam şəkildə, total olaraq".

Ermənistan vətəndaşları və xarici ölkələrdə yaşayan ermənilər arasında ölkəmiz və xalqımızla bağlı normal, adekvat mövqe tutan, məntiqə və humanizmə əsaslanan davranış sərgiləyən fərdlərin sayı bir əlin barmaqlarının sayından artıq deyil.

Belələrini ermənilər kollaborasionist, xəyanətkar, satqın sayır, "davacan" və ya "türkdən dönmə" adlandırırlar.

Sosial şəbəkələrdə, Telegram kanallarında hazırda Azərbaycana qarşı sanki ümumerməni nifrət kampaniyası var: halbuki bu, əsla kampaniya deyil, çünki xalqımıza qarşı münasibətin kökləri əsrlər əvvələ dayanır.

Azərbaycan heç bir qonşusu, hətta Ermənistanla belə, dayanıqlı və sürəkli aqressiv ritorika özüllü münasibətlər formalaşdırmaq istəmir. Biz Cənubi Qafqazın sülh, əmin-amanlıq, stabil təhlükəsizliyin bərqərar olduğu bölgəyə çevrilməsini istəyirik.

Ermənistanla da normal əlaqələr qurmağa hazırıq, amma bir şərtlə: rəsmi İrəvan və erməni cəmiyyəti hazırda mübtəla olduğu mağara şovinizmindən, troqlodit irqçiliyindən, ibtidai icma quruluşuna xas qəbilə şüurundan qurtulmalı, 21-ci əsrin olduğunu anlamalı, təhlükəli illüziyalardan və xam xəyallardan əl çəkməlidir.

Mövcud durumda isə bunun tam əksini, 44 günlük Vətən Müharibəsindəki kapitulyasiyasına, ordusunun darmadağın edilməsinə rəğmən, Ermənistanda revanşist şüarların, yeni müharibəyə çağırışların, azərbaycanlılara divan tutulması tələblərinin artdığını görürük.

Hansı humanizmdən danışırıq?

Bəli, biz erməni deyilik, elə davranmamışıq, davranmırıq və davranmarıq da.

Amma bu murdarların, rəzillərin millətimizə qarşı törətdiyi soyqırımlar, urbisidlər, kənd və şəhərlərimizin viran qoyulması, on minlərlə insanımızı qətlə yetirməsinin qarşısında hansısa aşota və ya hakopa şapalaq vurulması yolverilməzlikmiş.

Rejissor Rober Enrikonun çəkdiyi "Köhnə tüfəng" (Le Vieux Fusil) filmi var.

Baş rollarda dahi Filip Nuare ilə ecazkar Romi Şnayderin oynadıqları filmin baş qəhrəmanı tosqun, gözü eynəkli, ifrat humanist, qarışqanı belə əzməyən cərrah Jülyen Dandyödür.

Arvadı ilə yeganə övladını, qızını babasından qalmış qəsrə, Barberiyə yollayır.

Bir neçə gün sonra ailəsinə baş çəkmək üçün Barberiyə gedən Jülyen kilsədə güllələnmiş günahsız insanları görür. Evinin, yəni qəsrin həyətinə girəndə isə güllələnmiş qızını və odpüsrükənlə diri-diri yandırılmış arvadının kömürə dönmüş cəsədini görür.

Qəsrdə nasistlər var.

İntiqam hissi ilə alışıb-yanan Jülyen babasından qalma ov tüfəngini götürərək bütün nasistləri məhv edir.

Sonda isə o, odpüskürənlə qaupştrumfüreri diri-diri yandırır.

Ailəsi məhv edilən, həyatı alt-üst olan Jülyen humanistdir, amma düşmənə qarşı misli görünməmiş sərtlik və hətta qəddarlıq göstərir.

Jülyen yanlışmı etdi?

Əsla.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.