Siyasət

Dövlət Bahçeli: "Xocalı qətliamı türk millətinə qarşı işlənmiş insanlıq suçudur"

26 Fevral 2012 11:57
Baxış: 283
Xocalı qətliamı türk millətinə qarşı işlənmiş insanlıq suçudur və bu hadisəni törədənlər həmişə qatil və cani kimi tanınacaqlar. Trend Türkiyə mətbuatına istinadən bildirir ki, bunu Milliyyətçi Hərəkat partiyasının (MHP) sədri Dövlət Bahçeli Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı verdiyi yazılı açıqlamada bildirib.

Bahçeli 20 il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı rayonunda yaşanan erməni vəhşiliyinin XXI əsrin ən böyük faciə və fəlakətlərindən biri olaraq tarixə düşdüyünü qeyd edib.

"Soydaşlarımızın namusuna, şərəfinə, yaşamaq haqlarına qəsd etməyə cürət edən erməni əxlaqsızlığını əziz millətimiz lənət və nifrətlə xatırlayacaq", - Bahçeli yazılı açıqlamasında bildirib.

MHP sədri qeyd edib ki, Xocalıda, ümumiyyətlə Dağlıq Qarabağda törədilənləri görmək istəməyənlərin qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəni ittiham etməsi və bunun üçün sistemli fəaliyyət göstərməsi "insafsızlığın və utanmazlığın bariz nümunəsidir".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.