Siyasət

Türkiyə Prezidenti: “Qarabağda “turizm partlayışı” baş verəcək”

27 Oktyabr 2021 14:08
Baxış: 1 800

"Qarabağda, Şuşada ciddi bir "turizm partlayışı" baş verəcək".

Milli.Az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib.

Prezident əlavə edib ki, Türkiyə Qarabağda dağıntıların fəsadlarının aradan qaldırılmasına böyük əhəmiyyət verir:

"30 ilə yaxın davam edən işğaldan sonra azad edilən bölgələrdə kənd təsərrüfatı istehsalı müasir üsulla həyata keçiriləcək. İnanıram ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri tezliklə bölgədə nümunəvi istehsal mərkəzinə çevriləcək. Ağıllı kənd təsərrüfatı layihəsi ilə bağlı araşdırmalar aparılıb və bu istiqamətdə intensiv işlər görülür. Bununla yanaşı, minalardan təmizləmə işləri də davam edir. Minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı və heyvandarlıq sahəsində həm Azərbaycan, həm də Türkiyə üçün mənfəət verəcək işlər həyata keçirilir. Yaxın perspektvidə əkinçilik və heyvandarlıqda çox ciddi sıçrayış olacaq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.