Siyasət

Bərdəyə raket hücumuna görə cavabdeh olanlar məsuliyyət daşımalıdırlar - FOTO

27 Oktyabr 2021 11:08
0 Şərh     Baxış: 418

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Bərdəni raket atəşinə tutmasının ildönümü ilə bağlı paylaşım edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, C.Bayramovun "Twitter" səhifəsində etdiyi paylaşımda bildirilib:

"2020-ci ilin 27-28 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumları nəticəsində çox sayda günahsız dinc azərbaycanlı həlak olub.

"Bu dəhşətli hücumun qurbanlarını dərin hüznlə yad edirik. Bu hərbi cinayətə görə cavabdeh olanlar məsuliyyət daşımalıdırlar!"

Xatırladaq ki, 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan tərəfindən "Smerç" raketlərinin atəşinə məruz qalıb.

Hadisə nəticəsində dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 10-dan çox şəxs yaralanıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.