Siyasət

Baydenlə Ərdoğan görüşəcəkmi? - Ağ Evdən açıqlama

26 Oktyabr 2021 23:13
0 Şərh     Baxış: 946

ABŞ Prezidenti Co Baydenlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşəcəyi ilə bağlı Ağ Ev açıqlama yayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Cen Psaki Romada keçiriləcək G-20 zirvəsində görüşəcəyi ehtimal olunan liderlərin proqramında bəzi boşluqların olduğunu deyib:

"Türkiyə mühüm NATO müttəfiqimizdir və bir çox sahədə birlikdə işləyəcəyimiz ölkə olaraq qalmaqda davam edir. Daha əvvəl də dediyimiz kimi, proqramda bəzi boşluqlar var. Onun son variantını hazırlamağa çalışırıq".

Qeyd edək ki, G-20 zirvəsi 30-31 oktyabrda İtaliyanın paytaxtı Romada keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.