Siyasət

Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - VİDEO

17 Oktyabr 2021 09:04
Baxış: 1 382

Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin ilk günlərindən şanlı ordumuz sürətli hərbi əməliyyatlar keçirərək döyüş meydanlarında işğalçı Ermənistanı diz çökdürüb. 2020-ci ilin oktyabrın 17-də isə qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Füzuli şəhərini işğaldan azad etdi.

Trend TV-nin çəkiliş qrupu bu günlərdə Füzuli şəhərində olub, əməliyyatlarda xüsusi qəhrəmanlıqlar göstərmiş hərbçilərimizlə görüşüb. Hərbçilərimiz Füzulinin azad edilməsi əməliyyatlarının gedişi, ordumuzun qəhrəmanlıqları, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu döyüş taktikaları barədə təəssüratlarını bölüşüblər. İşğalçı Ermənistan 30 ilə yaxın bir zamanda işğalda saxlanılan Füzuli ərazisində güclü istehkamlar qurmuş, maneələr və səddlər yaratmışdı. Lakin, bütün bunlara baxmayaraq Azərbaycan ordusu düşmənin bu istehkamlarını peşəkarlıqla yararaq səddləri tez bir zamanda məhv etdi. İşğalçı Ermənistan ordusu ətrafında yaradılan saxta miflər darmadağın edildi. Düşmənə heç vaxt unuda bilməyəcəyi dərs verildi. Füzuli şəhərindən hazırlanan xüsusi videoreportajı təqdim edirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.