Siyasət

Ermənistan dəfn mərasimində dinc insanları bombalamaqla faşist mahiyyətini göstərdi - Tərtər terrorunun qurbanları - VİDEO - FOTO

15 Oktyabr 2021 14:18
Baxış: 1 319

Bir il əvvəl - 2020-ci il oktyabrın 15-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tərtər rayonunu növbəti dəfə ağır artilleriya atəşinə tutdu.

Düşmən bu dəfə daha azğınlaşaraq rayon qəbirstanlığında dəfn mərasiminə toplaşan dinc sakinləri bombaladı. Bu azğın terror hadisəsi nəticəsində rayon sakinləri - 1989-cu il təvəllülü Orucov Pərviz Novruz oğlu, 1960-cı il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu, 1968-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu, 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak oldu, daha dörd nəfər isə müxtlif qəlpə yaraları aldı.

Hadisənin ildönümü ərəfəsində Trend-in Qarabağ bürosunun çəkiliş qrupu düşmən terrorunun qurbanı olan mülki şəhidlərin ailələrinə baş çəkib, onların acı xatirələrini lentə alıb. Mülki şəhidlərin ailə üzvləri bildiriblər ki, bu itkilər onları çox sarsıdıb, amma 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Qələbə, torpaqlarımızın azad edilməsi onlara güc, ruh verir.

Videoreportaji təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.