Siyasət

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə ikitərəfli və regional məsələləri müzakirə edib

24 Sentyabr 2021 23:00
Baxış: 1 048

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini Seyid Səccədpur ilə ikitərəfli və regional məsələləri müzakirə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Hikmət Hacıyev görüşlə bağlı "Twitter" səhifəsində paylaşım edib.

H.Hacıyev bildirib: "İran İslam Respublikasının xarici işlər nazirinin müavini Seyid Səccədpur ilə ikitərəfli və regional məsələlər üzrə müzakirələrimizi davam etdirmək xoş oldu. Ölkələrimiz arasında mehriban qonşuluq əlaqələrini bir daha təsdiq etdik, həmçinin akademik və tədqiqat üzrə işbirliyinin əhəmiyyətini vurğuladıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.