Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi BMT Sivilizasiyalararası Alyansının Ali nümayəndəsi ilə VIII Qlobal Bakı Forumuna hazırlığı müzakirə edib

24 Sentyabr 2021 22:25
Baxış: 438

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi BMT Sivilizasiyalararası Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, BMT-nin Baş Assambleyası çərcivəsində keçirilən XXI-ci ali səviyyəli toplantıda, müzakirə olunan mövzuların və iştirak edən qonaqların əhəmiyyəti qeyd olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi ilə BMT Sivilizasiyalararası Alyansının Ali nümayəndəsi o cümlədən 2021-ci ildə keçiriləcək VIII Qlobal Bakı Forumuna hazırlığı müzakirə ediblər. Cənab Migel Anhel Moratinos VIII Qlobal Bakı Forumunda iştirak edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.