Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdü - FOTO
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Madaqaskar xarici işlər naziri Patrik Rajoelina, Nikaraqua xarici işlər naziri Denis Moncada Kolindres və Kabo Verdenin xarici işlər naziri Rui Figeredo Soares ilə ikitərəfli görüşlər keçirib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşlərdə Azərbaycan ilə QH üzv ölkələrinin əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Tərəflər, ölkələr arasında mədəniyyət, turizm, nəqliyyat, humanitar, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüşlərdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı Azərbaycanın Hərəkatda sədrlik prioritetləri müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Azərbaycanın pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini və bunun yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulduğunu qeyd edib. Həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramı barədə qarşı tərəfə melumat verilib.
Müqabil terefler Azerbaycanın QH-yə uğurlu sədrliyini və Azerbaycan Prezidentinin QH sədri qismində COVİD-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiklərini bildiriblər.
Tərəflər beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistanın növbəti təcavüzünə cavab olaraq ötən ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsi, 10 noyabr tarixli üçtərəfli bəyanat və onun icrası barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən Ceyhun Bayramov, yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib.
Görüşdə, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
-
Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli
-
Ermənistan və ABŞ arasında strateji razılaşma
-
San-Marino mətbuatı Azərbaycandan birbaşa qaz tədarükünün əhəmiyyətini vurğulayıb
XƏBƏR LENTİ
-
Atmağa qıymadığımız əşyaların hekayəsi: Niyə imtina edə bilmirik?
-
Etibarnamə ilə alınan avtomobillərlə bağlı xəbərdarlıq
-
Son halını 80 yaşlı qadına bənzətdilər
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
-
Zelenski Putinə açıq məktub ünvanladı
-
“Liverpul” yeni baş məşqçisini açıqladı
-
Günün qoroskopu: Olduqca şanslı və bərəkətli bir gündür
-
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
-
İshaq Fəyyaz öldü - 3 günlük matəm elan edildi
-
Hicran Hüseynova vəfat etdi
-
Bədənə daxil olub orqanizmi içəridən məhv edir
-
Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
-
DÇ-2026-nın ilk oyunu təxirə salına bilər
-
Mask planetin ilk trilyonçusu olacaq
-
Ayxan Abbasov: “Nəticəni ikinci planda düşünmək olar”
-
“Bitkoin” ucuzlaşdı
-
Dünyanın ən bahalı qapıçısı müəyyənləşdi
-
Putin: Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır
-
"Bunun üçün 100 min xərcləyirik"
-
Sabah bəzi ərazilərdə qaz kəsiləcək
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
Biləsuvarda ağır qəza - yaralılar var - FOTO
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-dən Azərbaycana ekstradisiya edilib





