Siyasət

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin Tehranda görüşü planlaşdırılır

23 Sentyabr 2021 14:15
Baxış: 668

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin Tehranda görüşü planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində İran və Türkiyənin xarici işlər nazirləri - Əmir Abdulahian və Mövlud Çavuşoğlu arasındakı görüş zamanı qərara alınıb.

Görüşdə regiondakı vəziyyət müzakirə edilib.

Qeyd olunub ki, Qarabağın azad edilməsi nəticəsində regionda yeni siyasi reallıqlar yaranıb. Bu baxımdan region dövlətləri məsləhətləşmələr aparmalıdır.

Görüşdə qərara alınıb ki, Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri Tehranda görüş keçirərək yeni reallıqlardan doğan məsələləri müzakirə etsinlər.

Görüşün vaxtı hələlik müəyyən edilməyib. Lakin hər 3 ölkənin xarici işlər nazirlikləri görüşün təşkili ilə əlaqədar texniki məsələləri müzakirə edəcəklər.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.