Siyasət

Avropa Şurasının rəhbəri narahatdır

21 Sentyabr 2021 07:45
0 Şərh     Baxış: 780

Avropa İttifaqına (Aİ) Avstraliyanın sualtı qayıqlarının yaradılması üçün Fransa ilə müqavilədən imtina etməsi ilə əlaqədar vəziyyət fonunda, öz müdafiə potensialını gücləndirmək üçün daha çox səy göstərmək lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Avropa Şurasının sədri Şarl Mişel bildirib.

O qeyd edib ki, Avstraliya ilə Fransa arasındakı müqaviləyə xitam verildiyi bir vəziyyətdə ABŞ Avropa müttəfiqlərinə münasibətdə etibarlılıq çatışmazlığını nümayiş etdirdi:

"Müttəfiqlər üçün əsas prinsiplər - şəffaflıq və güvən, bunlar birlikdə gedir. Biz isə nə görürük? Şəffaflığın və etibarlılığın çatışmadığını görürük".

Onun sözlərinə görə, Aİ Fransa ilə müqaviləni ləğv etmək qərarının arxasında hansı məqsədlərin dayandığını daha yaxşı anlamalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.