Qəddafinin oğlu ölkədən azad oldu
Liviyanın sabiq və mərhum lideri Müəmmar Qəddafinin oğlu, 48 yaşlı Sədi Qəddafi azadlığa çıxıb.
O, Mitiqa şəhərindəki beynəlxalq aeroportdan Türkiyəyə yollanıb.
Tripolidəki hökumət Qəddafinin ortancıl oğluna ölkəni tərk etmək üçün icazə verib.
Məhkəmə isə Sədi Qəddafiyə qarşı qaldırılmış cinayət işindəki "sübut"ları yetərsiz sayıb və ona bəraət verib. Bununla bağlı olaraq baş prokuror Prezident Şurasıfnea müraciət edərək S.Qəddafinin həbsdə saxlanmasının məntiqi olmadığını vurğulayıb.
Sədi Qəddafi 2011-ci ilin payızında devrilən və Sirt şəhəri uğrunda döyüşlər başa çatandan sonra, oktyabrın 20-də amansızlıqla qətlə yetirilən Müəmmar Qəddafinin üçüncü oğludur. Liviyada Qəddafi hakimiyyəti devriləndən sonra Sədi Qəddafi Nigerə qaçsa da, 2014-cü ildə Liviyaya ekstradisiya olunmuşdu.

4 il Tripolidəki həbsxanada saxlandıqdan sonra o, 2018-ci ildə keçirilmiş məhkəmə prosesində "2011-ci ildəki "bahar inqilabı" dövründə qətllər və repressiyaları gerçəkləşdirmək" ittihamı ilə bağlı bəraət almışdı.
Fəqət, məhkəmə bəraət qərarını cəza ilə müşayiət etdi. Belə ki, Sədi Qəddafi spirtli içkilər içməkdə suçlandı, 500 dinar məbləğində cərimələndi və 1 il şərti həbs cəzası aldı.
Peşəkar futbolçu olan Sədi Qəddafi Liviyanın ölkə çempionatında çıxış edən "Əl İttihad" futbol klubunun oyunçusu Bəşir əl Riyanini 2005-ci ildə qətlə yetirməkdə suçlanırdı. Eyni zamanda o, Liviya Futbol Assosiasiyasının pullarını mənimsəməkdə ittiham olunurdu.
Sədinin digər qardaşı Seyf əl İslama qarşı bütün ittihamlar ləğv olunsa da, o, hələ də Tripolidə ev dustağıdır. Bununla belə, o, fəal şəkildə siyasətlə məşğul olur.
Liviyanın nüfuzlu "Əl Mərsad" qəzetinin yazdığına görə, ölkədə dekabr ayında keçiriləcək prezident seçkilərinə Seyf əl İslam namizəd qismində qatıla bilər.
Müəmmar Qəddafinin üçüncü oğlu, atası ilə birlikdə vəhşicəsinə qətlə yetirilmiş Mütəssim Qəddafiyə gəldikdə isə, onun da ölümündən sonra bəraət aldığı bildirilir.
Qəddafinin qızı, 45 yaşlı Ayşə isə atasının ölümündə, Liviyada yaşanan xaosda Qərbi suçlamağa davam edir və dediyinə görə, vətəninə qayıdaraq partiya qurmaq niyyətindədir.

Ümumiyyətlə, liviyalıların dediklərinə görə, ölkə sanki Qəddafi ailəsinin lənətinə gəlib.
Müəmmər Qəddafinin on övladı vardı.
Seyf əl Ərəb, Həmis və Mütəssim Liviyadakı "inqilab" adlanan anarxik çevrilişdə qətlə yetirilmişdilər.
46 yaşlı Hannibal Qəddafi Tropilidə həbsxanada, siyasətdən mümkün qədər uzaq durmağa çalışan 51 yaşlı Məhəmməd Qəddafi Oman sultanlığındadır.
49 yaşlı Seyf əl İslam 2011-ci ilin noyabrında paytaxt Tripolidən cənub-qərbdəki Zəntana şəhərində ələ keçirilmiş, 2015-ci ildə edama məhkum edilmişdi. Lakin 2017-ci ildə Seyf əl İslam yoxa çıxdı və onun harada olduğu hələ də bilinmir.
Müəmmar Qəddafinin 210 milyard dollar məbləğində dəyərləndirilən sərvəti, xüsusilə də xarici bank hesablarındakı pullarının taleyi də naməlumdur. BMT ekspertləri hələ də mərhum Qəddafinin pullarını və qızıllarını arayırlar.
Orxan Hun
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
XƏBƏR LENTİ
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı





