Siyasət

Mövlud Çavuşoğlu: Sabah səhər Azərbaycandan ölkəmizə daha bir heyət gələcək

5 Avqust 2021 07:05
0 Şərh     Baxış: 1 000

Sabah səhər Azərbaycandan ölkəmizə on nəfərdən ibarət şəxsi heyət ilə daha bir təyyarə və 40 yanğınsöndürmə maşını ilə 150 yanğınsöndürən gələcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qardaş ölkədə davam edən meşə yanğınları ilə bağlı son məlumatında bildirib.

Azərbaycandan gələn ilk heyətin Muğlada davam edən yanğınların söndürülməsi istiqamətində işlərini davam etdirdiyini diqqətə çatdıran nazır Ukraynanın özəl bir şirkətindən icarəyə götürülən dörd təyyarənin Isparta hava limanına eniş etdiyini, Israildən icarəyə götürülən daha iki təyyarənin də sabah ölkəyə gələcəyini diqqətə çatdırıb.

M.Çavuşoğlu yardımlarla bağlı Pakistan, Polşa, Gürcüstan, Qazaxıstan, Bosniya və Herseqovina, ABŞ, Kanada və Yaponiyadan yardım təkliflərinin gəldiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.