Siyasət

Spikerdən sərt reaksiya: Deputatın yiyəsi xalqdır

3 Avqust 2021 12:16
Baxış: 1 269

Milli Məclisin sədri Sahibə Qafarova deputat Tahir Kərimlinin fikirlərinə sərt reaksiya verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı müzakirələrdə çıxışı zamanı deputatın yiyəsi yoxdur, kimi fikir səsləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır: "Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəyəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəyəm. Mən özüm kabinetdən çıxacağam, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.