Siyasət

"Eldəniz Səlimovun hərəkəti parlament üçün böyük bir ləkədir"

3 Avqust 2021 11:28
Baxış: 1 004

Deputat Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, bu məsələ komissiyada geniş müzakirə olunub və Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün kifayət qədər əsasların olduğu müəyyən edilib:

"Biz bundan sonra Milli Məclisin şərəfli adını qorumalıyıq. Hər kəs qanun qarşısında bərabərdir və öz əməlinə görə cavab verməlidir. Bu hadisə bizim hər birimiz üçün dərs olmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.