Siyasət

Baş prokurordan polisi döyən deputatla bağlı açıqlama

3 Avqust 2021 11:18
Baxış: 2 247

Deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı parlamentə təqdimatımın kifayət qədər əsasları olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş prokuror Kamran Əliyev parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

K.Əliyev bildirib ki, bu gün bəşəriyyəti koronavirus bəlası bürüyüb: "Ölkəmizdə virusun qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür və müsbət nəticələr əldə edilib. Bütün dövlət quruçları, vətəndaş cəmiyyəti bu məsələdə birləşib. Bu sahədə hüquq-mühafizə orqanlarının, xüsusilə daxili işlər orqanlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov qohumunun kafesinə gəlib və polisin karantin qaydalarına əməl olunmasını tələb etməsi barədə qoumlarından məlumat alıb və həmin polis əməkdaşını evindən kafeyə çağırtdırıb və məlum hadisə baş verib. Məsələ araşdırılıb, cinayət işi qaldırılıb. Cinayət işinin aparılması üçün Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi zəruridir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.