Siyasət

Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam məsələsini müzakirə edir - YENİLƏNİB

3 Avqust 2021 11:00
Baxış: 1 306

11:00

Milli Məclisin Eldəniz Səlimovun toxunulmazlığına xitam vermək məsələsini müzakirə etmək üçün növbədənkənar iclası başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda Baş prokuror Kamran Əliyevin Milli Məclisin sədri Sahibə Qafarovaya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün göndərdiyi təqdimata baxılacaq.

-------
09:46

Bu gün Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam vermək məsələsini müzakirə etmək üçün növbədənkənar iclasa toplaşır.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda Baş prokuror Kamran Əliyevin Milli Məclisin sədri Sahibə Qafarovaya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün göndərdiyi təqdimata baxılacaq.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.