Siyasət

Paşinyan yenidən baş nazir olacaq

2 Avqust 2021 11:58
Baxış: 1 698

Ermənistanın yeni parlamenti sonuncu növbədənkənar seçkilərdən sonra bu gün ilk iclası başlayıb.

Deputatlar qanunverici orqanın sədrini, vitse-spikerləri və daimi komissiyaların sədrlərini seçəcəklər.

Ermənistan parlamentinin rəsmi saytında yerləşdirilmiş məlumata görə, ilk sessiyanın gündəmində 7 məsələ var. Erməni millət vəkilləri spiker və 3 vitse-spikeri seçəcək, komissiyalar yaradacaq və həmin komissiyalara kimlərin rəhbərlik edəcəyini müəyyənləşdirəcəklər.

Habelə, hökumətin strukturunun dəyişdirilməsi barədə qanun layihəsi və Nazirlər Kabinetinin fəaliyyət proqramının təqdir edilməsi məsələləri də nəzərdən keçiriləcək.

Müxalifət blokları olan "Ermənistan" və "Şərəfim var" blokları parlamentin yenir çağırışında onların payına düşəcək vəzifələrin ayrıd edilməsi ilə bağlı artıq razılığa gəliblər.

Razılaşmaya görə, parlamentin vitse-spikeri postuna "Ermənistan" blokunun üzvü, Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyunun nümayəndəsi İşxan Saqatelyanın namizədliyi irəli sürüləcək. Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi "Şərəfim var" bloku isə onu dəstəkləyəcək.

Müxalifət parlamentdə üç komissiyanın rəhbərliyini əldə edərsə, komissiyalardan birinin sədri postuna Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyanın namizədliyi irəli sürüləcək. Namizədlər arasında Tiqran Abramyan da var.

İkinci komissiyanın sədri "Ermənistan" blokunun nümaynədəsi Vahe Hakopyan, üçüncü komissiyanın sədri isə Daşnaksutyun nümayəndəsi ola bilər.

Baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası müstəqil hökumət qurmağa imkan verən 101 mandatdan 71-ni qazanıb. Paşinyanın partiyanın üzvləri tərəfindən Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə yenidən namizəd olacağı gözlənilir.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.