Siyasət

Azərbaycan Türkiyənin hər bir məsələsində yanında olub və olacaq

31 İyul 2021 14:26
Baxış: 1 191

"Azərbaycanın Türkiyə ilə bağlı müttəfiqlik, eləcə də qardaşlıq münasibətləri özünü hər bir hadisədə göstərir"

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Azərbaycan bundan sonra da Türkiyəyə öz yardım əlini uzadacaq:

"Azərbaycan hər zaman Türkiyənin yanında olub və bu, əbədi olaraq belə olacaqdır. Qardaşlıq, dostluq, strateji müttəfiqlik münasibətləri bütün sınaqlardan keçib, tarixin bütün dövrlərində Azərbaycan ilə Türkiyə bərabər addımlayıb. Bu xüsusda Türkiyədə baş verən yanğınlarla əlaqədar olaraq Azərbaycan Türkiyəyə 500 nəfərlik heyət göndərib və nə lazımdırsa hər zaman yardımını əsirgəmədiyini bildirib. Bu, rəsmi Bakının Türkiyəyə qardaşlıq, dostluq və mənəvi bağlılıq jestidir. Türkiyədə baş vermiş dəhşətli zəlzələdə, təbiətin müxtəlif vaxtlarda törətdiyi fəsadlarda da Azərbaycan Türkiyəyə yardım göstərib, Türkiyəyə öz yardım əlini uzadıb, bundan sonra da bu, belə olacaq. Çünki biz hər zaman Türkiyəni də öz yanımızda hiss etmişik. Türkiyənin Azərbaycana Vətən müharibəsində siyasi, mənəvi dəstəyi müşahidə olundu. Türkiyə ilə Azərbaycanın vahid mövqedən çıxış etməsi rəsmi Bakının beynəlxalq mövqelərini gücləndirib. 

Eyni zamanda Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi də bizim münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldırıb. Azərbaycan artıq Türkiyənin hər bir məsələsində - istər siyasi, istər iqtisadi, istər hərbi məsələlərdə yanında olub və olacaqdır. Bu münasibətlər dünyada misli görünməmiş yaxınlıq münasibətləridir, bütün dövlətlər üçün örnək olan münasibətlərdir və həm qardaşlıq tellərini özündə ehtiva edir, eyni zamanda gələcək üçün strateji baxisi da müəyyənləşdirir. 

Baş vermiş yanğınlar çox böyük faciədir və tez zamanda bu yanğınların lokallaşdırılması və aradan qaldırılmasını arzu edirik və Türkiyə xalqının yanında olduğumuzu bir daha bəyan etmək istəyirik".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.