Siyasət

Azərbaycan diaspor nümayəndələrinin Şuşaya səfəri yekunlaşıb - FOTO

27 İyul 2021 21:03
0 Şərh     Baxış: 771

Azərbaycan diaspor nümayəndələrinin Şuşaya səfəri yekunlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanda olan diaspor nümayəndələri bu gün Şuşaya olublar. Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı "Bazarbaşı"nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış "Güllələnmiş heykəllər"in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, "Xan qızı bulağı"nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət ediblər.

Diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də olub.

Qeyd edək ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.