Mehman Əliyevin MEDİA-ya qarşı səsləndirdiyi arqumentlər reallıqda təsdiqini tapmır
Bu arqumentlərin yanlışlığını isbatlayan faktlar kənarda deyil, onun öz açıqlamalarında var
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətini tənqid edib. Açıqlamaların məzmunundan görünür ki, o, ümumilikdə dövlətin media siyasətindən narazıdır, MEDİA-nın fəaliyyətini isə öz iradlarını arqumentləşdirmək üçün bir nümunə olaraq seçib. Amma yanlış edib. Unudub ki, səsləndirdiyi iradlar günümüzdə yaşanan mövzularla əlaqəli olduğundan, hər kəsin müqayisə aparmaq, onları reallıqla uzlaşdırmaq imkanı yaranır.
Mehman Əliyevin çoxsaylı iradlarını iki qrup üzrə təsnifatlaşdırmaq mümkündür. Birinci istiqamət dövlətin KİV-lərə maddi dəstəyini ehtiva edir. İddia edir ki, hakimiyyətin indi MEDİA, bundan öncə isə KİVDF vasitəsilə KİV-lərə maddi dəstək verməsi, media mühitini nəzarətdə saxlamaq niyyəti güdür. O, MEDİA-nın maliyyə yardımı müsabiqəsi keçirməsini, nəticədə çap və onlayn media subyektlərinə yardım verməsini bu kontekstdə dəyərləndirir. "MEDİA-nın vəzifəsi deyil ki, kiməsə 3-5 min pul versin"- deyə etiraz edir. Əlavə edir ki, dövlətin əsas missiyası KİV-lərə maddi dəstək vermək yox, fəaliyyət üçün normal media mühiti formlşdırmaqdır.
Mehman Əliyev öz tezislərini ənənəvi olaraq Qərb mediası və Qərb ölkələrindən nümunələr göstərməklə arqumentləşdirir. Amma nədənsə, son müsahibələrində Qərb ölkələri nümunəsindən yan keçir. Vurğulamır ki, zəruri məqamda dövlətin KİV-lərə maddi dəstək göstərməsi Qərbdə normal media mühiti formalaşdırmağın komponentlərindən biri sayılır. Bir neçə nümunə verək.
Qərb ölkələrinin əksəriyyətində, o cümlədən, "adları beynəlxalq reytinq siyahılarında öndə çəkilən ölkələrin" hər birində KİV-lərə dövlət tərəfindən maddi dəstək verilir. Forma müxtəlifdir, mexanizmlər fərqlidir, mahiyyət isə eynidir. Konkret olaraq Avstriya, Danimarka, İsveç... və digərlərində Azərbycandakı modelin bənzəri vardır. İsveç hökumətinin hesabatından görürük ki, təkcə 2020-ci ilin ilk 6 ayı ərzində ölkə KİV-lərinə 200 milyon SEK (təxminən 18 milyon avro) madi yardım ayırıb. Ölkənin mədəniyyət naziri bildirib ki, "Ənənəvi KİV-lərə maddi dəstək verilməsi təkcə medianın yaşaması üçün deyil, həm də vətəndaşların keyfiyyətli xəbərlər almaları üçün vacibdir. Bu, demokratiya üçün müsbət haldır".
Danimarka hökuməti eyni dövrdə KİV-lərin inkişafı üçün 4 illik maddi dəstək proqramının icrasına qərar verib, bu məqsədlə 122 milyon avroluq maliyyə ayırıb. Ölkənin mədəniyyət naziri deyib ki, "peşəkar media demokratiya üçün vacibdir, ona maddi dəstək göstərməliyik".
Norveç hökuməti isə eyni zaman kəsiyində mediaya maddi dəstək proqramları üçün 300 milyon NOK (27 milyon avro) ayırıb.
Nümunələrin sayını artırmaq olar. Amma hər biri eyni məzmunludur və bir xətti - müasir çətinliklər fonunda ənənəvi/peşəkar KİV-lərə dövlətlərin maddi dəstək verməsini - ehtiva edir. Avropa ölkələrində KİV-ə dövlət dəstəyi proqramları ATƏT-in media komissarının 2020-ci il 3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə yayımlanan məruzəsində də alqışlanır, "pandemiya səbəbindən çətinlik çəkən mediaya maddi cəhətdən dəstək olmaq" üçün dövlətlərə çağırış edilir.
Yəni, müasir dövrdə Avropa ölkələrində Mehman Əliyevdən başqa heç kimsə dövlətlərin KİV-lərə maddi dəstək proqramları icra etmələrini "KİV-ləri nəzarətə götürmək siyasəti" kimi şərh etmir. Əksinə, bu proqramlara demokratik mühitin inkişaf etdirilməsi, keyfiyyətli informasiya alınmasının təminatı kimi yanaşılır. Müqayisə aparanda bəlli olur ki, qeyd edilən ölkələrdə ayrı-ayrı KİV qurumlarının hər birinə ayrılan maddi yardımın məbləği Azərbaycanda MEDİA-nın ümumi illik büdəcəsindən çoxdur.
Mehman Əliyevin son çıxışlarında səsləndirilən çoxsaylı iradların ikinci qrupu isə media üzrə yeni qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsi ilə bağıdır. Anlaşmayan, motivi bilinməyən iraddır. Çünki, Medianın İnkişafı Agentliyi yeni qanun layihəsinin ictimai müzakirəsini keçirib. Müzakirə üçün ilk öncə aidiyyatı qruplar dəvət alıblar. Təsnifat üzrə çap, elektron və onlayn media təmsilçiləri qruplarla müzakirə edərək, layihə üzrə təkliflərini bildiriblər. Müzakirələrin yekunu olaraq açıqlama yayılıb, ölkə ictimaiyyətinə də bilgi verilib. Davamı olaraq ADA Universitetində geniş tədbirlər təşkil olunub, yeni qanun layihəsi barədə məlumatlandırma sessiyaları keçirilib. Tədbirlər bu gün də davam edir. Məlumata görə, 80-ə yaxın KİV rəhbəri tədbirlərə qatılıb. Bütün bunlar açıq informasiyalardır, internetdə var. Sadə axtarış aparmaqla görmək, tanış olmaq mümkündür. Anlaşmazlıq yaradan da budur ki, hər kəsin gördüyü, bildiyi gerçəkləri Mehman Əliyev nə üçün bilmir? O, "qanun layihəsinin ictimai müzakirəsi keçirilmir" deyəndə nəyi nəzərdə tutur? Yoxsa onun "ictimai müzakirə" barədə fərqli anlayışı var? Bəlkə gözləntisi budur ki, bütün ölkə KİV-ləri ilə müzakirə keçiriləndən sonra, yekunda onun məqamına gələcək, şəxsi rəyini soruşacaq, yalnız bundan sonra "ictimai müzakirəni" tamamlanmış hesab edəcəklər?
"Turan" İA direktorunun son açıqlamalarında belə ziddiyyətli, sual doğuran məqamlar çoxdur. Hər biri üzərində dayanmaq vaxt aparır, zaman alır.
Əslində isə bütün bu suallara cavabı Mehman Əliyev özü verir. Açıqlamasında qeyd edir ki, "Mən Media Agentliyinin fəaliyyətini yarandığı gündən şübhə altına almışdım..." Etiraf edir ki, MEDİA-nın necə işləyəcəyinin fərqi yoxdur, şəxsi müstəvidə münasibəti neqativdir, öncədən hazırlanmış tənqidi tezisləri var, mərhələlərlə gündəmə daxil edəcək. Onun bu etirafı səmimi görünür. Diqqətlə izləyənlər bilirlər ki, Mehman Əliyevin bu yöndə silsilə çıxışları var, başlanğıc tarixi də uzundur. 2000-ci illərin əvvəllərində Azərbaycanda QHT və KİV sektorunun milliləşdirilməsi, onların xarici donor institutların təsirindən çıxarılması, milli donor institutlarının yaradılması üçün təşəbbüslər göstərilib. Təşəbbüslərin nəticəsi olaraq QHT və KİV sektorunun inkişafı, müstəqilləşdirilməsi yönündə dövlət konsepsiyaları hazırlanıb, həmin konsepsiyalar 2007-2008-ci illərdə Prezident tərəfindən imzalanıb. Bu konsepsiyalara uyğun olaraq hər iki sektor üzrə milli donor institutları yaradılıb, xarici donor instutlarının missiyası başa çatmış elan edilib. Qarşıdurmanın mənbəyi də bu nöqtədən başlayır. Milli KİV və QHT sektorunda təsir rıçaqları əllərindən çıxan xarici donor institutlarının revanşist həmlələri bu günə qədər davam edir. Təşəbbüsün geri alınması üçün çaba göstərilir. Mehman Əliyev isə "Soros" Fondunun Azərbaycan təmsilçiliyinin sonuncu rəhbəri olub. Proseslərin bu kontekstdə araşdırılması da faydalı olar.
Müşfiq Ələsgərli
DİGƏR XƏBƏRLƏR
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
-
Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
XƏBƏR LENTİ
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır





