Siyasət

Azərbaycan Qoşulmama Hərəkatı platformasını qlobal təhlükəsizliyin təmin olunması üçün istifadə edir - Hikmət Hacıyev

16 İyun 2021 16:24
Baxış: 544

Azərbaycan Qoşulmama Hərəkatı platformasını qlobal təhlükəsizliyin təmin olunması üçün istifadə edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlərin inkişafına böyük əhəmiyyət verir: "Azərbaycan Qoşulmama Hərəkatı platformasını beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün istifadə edir. Biz xüsusilə COVID-19-dan sonra yaranmış reallıqlar nəzərə alınmaqla, beynəlxalq münasibətlərdə sabitliyin təmin olunması üçün dəyərlərə, əməkdaşlığa diqqət veririk".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.