Kəlbəcər faciəsi: minanın nə vaxt basdırıldığı bilindi - RƏSMİ AÇIQLAMA
Xəbər verildiyi kimi, 04 iyun 2021-ci il tarixdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu "Kamaz" markalı sərnişin avtomobilin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək 3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanmışdır.
Azərbaycan Respublikası Baş Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, təəssüf hissi ilə bildiririk ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılmaqdadır.
Odur ki, Baş Prokurorluq hadisənin baş vermə səbəbləri və mexanizmi barədə aşağıdakıları qeyd edir:
Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir.
Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240 x 230 sm ölçülərində 97 sm dərinliyində çuxur və 1 ədəd tam yararsız hala düşmüş "Kamaz" markalı sərnişin avtomobili aşkar olunmuşdur.
Hadisənin baş vermə səbəblərinə gəldikdə isə, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olmuşdur. Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olmuş, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulmuşdur.
Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur.
Həmçinin müəyyən edilmişdir ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə etmişlər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalamışlar.
Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
-
Milli Məclisin komissiyası "CNN"dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib
-
Parisin ikiüzlü "demokratiyası": Seba faciəsi və Mirzəli şousu
XƏBƏR LENTİ
-
Toyda gəlin çətin anlar yaşadı - Köməyinə Aygün Kazımova ÇATDI - VİDEO
-
“Qarabağ” Pedro Bikalyo ilə bağlı QƏRARINI VERDİ
-
Bir neçə dəqiqəyə şəhər "YOX OLDU" - VİDEO
-
Mühafizəçisi öldürülən Dilan Polata daha bir ZƏRBƏ
-
Müharibələrin yaratdığı dərin böhranları güclü iqdisadiyyat deyil, güclü liderlər həll edir - FOTO
-
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər
-
Türkiyədə 95 yaşlı məşhur milyarderə cinayət işi açıldı
-
Bu meyvəni səhər yeyin, ürəyiniz sağlam olacaq
-
"Şükür edin ki, 50 yaşım bu ağılda, bu gözəllikdə QALMIŞAM"
-
“Apple”dan şok qərar: Milyonlarla iPhone...
-
Əhaliyə silah paylanıldı: ABŞ-nin hücumuna HAZIRLAŞIRLAR
-
“Qarabağ”ın loqosu Braziliya küçəsində - FOTO
-
Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI
-
Bu ərazimizə qar yağdı
-
“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Mətanətin cavabını VERDİ
-
Mbappe Fransa yığmasının məşqindən GETDİ - Nə baş verir?
-
8-ci mərtəbədən 5-ə YIXILDI - Təhlükəli anlar - VİDEO - FOTO
-
ABŞ-də festival zamanı silahlı HÜCUM: Yaralılar var
-
Rusiyanın bu hava limanı BAĞLANDI
-
Qızıl və gümüş ucuzlaşdı
-
Mərhum əməkdar artistin nəvəsinin TOYU OLDU
-
Türkiyədə sel FƏLAKƏTİ : Ölən və yaralananlar var
-
Bu BÜRCLƏR xüsusi şans qazanacaqlar
-
Türkiyə hesabda geri düşdüyü matçda qalib gəldi





