Siyasət

ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər

15 May 2021 17:14
Baxış: 855

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və USAID-in direktoru Cey Sinqx Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı USAID-in Azərbaycan bölgələrinin nəhəng kənd təsərrüfatı və turizm potensialının artırılmasına yönəlik fəaliyyəti müzakirə edilib.

Görüşdə, həmçinin gələcəkdə Xaçmaz rayonunda USAID-in kənd təsərrüfatı və turizm sahəsində uğurlu layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

C.Sinqx USAID-in Azərbaycanda qeyd olunan sahələr üzrə yeni layihələr həyata keçirmək niyyətində olduğunu qeyd edib. O bildirib ki, USAID Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

S.Mikayılova öz növbəsində USAID-in Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Xaçmaz rayonunun da kənd təsərrüfatı və turizm sahəsində geniş potensiala malik olduğunu diqqətə çatdıran S.Mikayılova USAID ilə bu istiqamətdə əməkdaşlığın müsbət nəticələr verə biləcəyini vurğulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.