Siyasət

Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub

14 May 2021 19:39
Baxış: 720

Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Parlamentdən Trend-ə verilən məlumata görə, qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin Sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Milli Məclisin Sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.

Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.