Siyasət

Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX

11 May 2021 13:09
Baxış: 1 846

Vətən müharibəsindən sonra son iki ay ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsində Dövlət Sərhəd Xidmətinin (DSX) 10 yeni hərbi hissəsi istifadəyə verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə DSX mətbuat mərkəzinim rəisi polkovnik Maya Şərifova deyib. Onun sözlərinə görə, hazırda yeni hərbi hissələrin tkintisi həyata keçirilir:

"Vətən müharibəsində müqəddəs torpaqlarımızın və sərhədlərimizin bərpa olunması istiqamətində həyata keçirilən əməliyyatlarda DSX-nin hərbçiləri də yaxından iştirak ediblər.

Ermənistanın işğalına son qoyulduqdan sonra İran İslam Respublikası ilə dövlət sərhədində zastavaların fəaliyyəti bərpa edilib. Bundan əlavə olaraq bildirim ki, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsində Dövlət Sərhəd Xidmətinin 10 yeni hərbi hissəsi istifadəyə verilib. May ayının sonuna kimi isə daha 6 hərbi hissənin tikilərək fəaliyyətə verilməsi nəzərdə tutulur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.