Siyasət

Hindistan ermənilərin bu təhqirinə dözəcək?

29 Aprel 2021 14:25
Baxış: 3 228

Ermənistanın paytaxtı İrəvanda Mahatma Qandinin abidəsi növbəti dəfə təhqir olunub.

Erməni vandallar üç gün əvvəl heykəli lax yumurta atəşinə tutmuşdular. Dünənsə heykələ od vurulub.

Qandinin heykəlinin götürülmsəsi tələbi ilə sosial şəbəkələrdə kampaniyanı erməni millətçilər, daşnaklar və şovinistlər başlayıblar. Onların dediklərinə görə, "Mustafa Kamal Atatürklə dost olmuş Mahatma Qandinin heykəlinə İrəvanda yer olmamalıdır".

Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun funksioneri Lilit Qasparyan isə Facebook profilində yazmışdı: "Ermənistan paytaxtında Qandiyə abidə ucaldan xəyanətkar və satqın hakimiyyətimiz yəqin Qandinin Türkiyəyə, xüsusilə də Mustafa Kamal Atatürkü böyük rəğbət bəsləməsi faktından vəcdə gəliblər".

Qandinin heykəlinin yandırıldığı anın əks olunduğu foto sosial şəbəkələrdə yayılandan sonra ermənilər bunu məmnunluqla şərh ediblər.

Mahatma Qandinin heyəti ötən il İrəvandakı Alabyan və Marqaryan küçələrinin kəsişməsindəki parkda ucaldılmışdı. Abidənin hazırlanmasını və quraşdırılmasını Hindistan vətəndaşı olan iş adamları ilə Hindistanın Ermənistandakı səfirliyi maliyyələşdirmişdi.

Mahatma Qandi Hindistandakı milli-azadlıq mübarizəsinin mənəvi lideri olub. O, qeyri-zorakı mübarizə metodlarından istifadə edirdi. M.Qandi 1948-ci ilin yanvarın 30-da ekstremistlər tərəfindən qətlə yetirilib.

Ermənistandakı ksenofobiya, mağara millətçiliyi, irqçilik və şovinizm cəmiyyətdə geniş yayılmış mərəz halını alıb. Belə ki, bu iln əvvəlində İrəvanda yəhudi xalqı ilə bağlı iki abidəyə hücumlar olub. Vandalar "Axtanak" parkındakı Ermənistan-İsrail xiyabanındakı memorial daşı, sonra da Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəni təhqir etmişdilər.

Mahatma Qandinin İrəvandakı abidəsinə edilən hücumlar təbii ki, rəsmi Dehlini qıcıqlandırıb. Daha doğrusu, ermənilərin belə əxlaqsızlığı və nankorluğu Hindistanın hakimiyyət dairələrini sinirləndirib.

Halbuki İkinci Qarabağ Müharibəsi başlayan gündən bitənədək Hindistandakı siyasətçilərin, analitiklərin, dövlət mənsublarının və media strukturlarının tam əksəriyyəti Ermənistanı dəstəkləmişdi.

Məsələn, Hindistan isteblişmentində nüfuzlu şəxslərdən biri, "New Dehli Times"ın baş redaktoru doktor Ankit Şrivastara o günlərdə yazmışdı: "Azərbaycan indi türk və pakistanlı xüsusi təyinatlıların azərbaycanlı əsgərlərlə birlikdə xristian Ermənistana qarşı vuruşduğu məkandır".

İkinci Qarabağ Müharibəsi günlərində Hindistan mediasında Ermənistan "Azərbaycanın hücumuna məruz qalmış ölkə" kimi təqdim olunurdu.

Dehlinin belə mövqeyinin səbəbi isə onun "əbədi düşməni" Pakistanın Azərbaycana birmənalı və tam dəstək verməsi indi.

Görəsən indi, İrəvanda bütün hindistanlılar üçün önəmli simvol sayılan Mahatma Qandinin abidəsi dəfələrlə təhqir ediləndən, sosial şəbəkələrdə Qandi və Hindistan aşağılanandan sonra Dehlinin İrəvanla bağlı mövqeyi necə olacaq?

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.