Siyasət

"Kimi bunun davam etməsini, kimi də revanş istəyir" - Zaxarova Azərbaycanla Ermənistan münasibətlərindən danışdı

22 Aprel 2021 18:26
Baxış: 805

Hazırkı mərhələdə biz Azərbaycanla Ermənistan arasında münasibətlərdə etimad tədbirlərinin möhkəmlənməsini, Cənubi Qafqazın dayanıqlı inkişafı üçün şərtləri təmin edəcək müsbətyönümlü iqtisadi gündəliyin formalaşdırılmasını vacib tapşırıq hesab edirik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, müharibənin fəsadlarını, o cümlədən, psixoloji fəsadlarını geridə qoymaq çətindir: "Bir çoxları nəticələrlə razı deyil. Kimi bunun davam etməsini, kimi də revanş istəyir. Amma məqsəd budurmu? Sualın cavabı aydındır - Xeyr!".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.