Siyasət

"ABŞ qondarma "erməni soyqırımı"nı tanımaqla Türkiyənin simasında müttəfiq itirəcək"

22 Aprel 2021 15:30
Baxış: 949

ABŞ qondarma "erməni soyqırımı"nı tanısa, bu, Vaşinqtonla Ankaranın gələcək münasibətlərini təhdid altına alır.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir: "Qondarma "erməni soyqırımı"nı tanımaqla ABŞ Türkiyənin simasında müttəfiq itirəcək. Bu, həm də iki ölkə arasında münasibətlərə ciddi ziyan vuracaq".

Administrasiyadan, həmçinin vurğulayıblar ki, Türkiyə əvvəlki kimi 1915-ci illə bağlı hadisələrin araşdırılması üçün arxivlərin açılmasının tərəfdarıdır: "Türkiyə tarixində heç bir "erməni soyqırım"ı olmayıb. Erməni lobbisinin Türkiyəyə qarşı iddiaları əsassızdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.