Siyasət

Azad edilən ərazilərdə gördüyümüz mənzərə dəhşət doğurur - Andrey Ravkov

21 Aprel 2021 17:23
Baxış: 581

Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Respublika Veteranlar Təşkilatının qonağı olarkən deyib.

Andrey Ravkov Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etdiklərini, gördükləri mənzərənin dəhşət doğurduğunu vurğulayıb.

Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirən Andrey Ravkov bu münasibətlərin inkişafının hər iki xalqın maraqlarına uyğun olduğunu qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.