Siyasət

Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudatda sovqat paylanıldı - FOTO

20 Aprel 2021 11:07
Baxış: 890

56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edən deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat şəhəri və ətraf kəndlərdə yaşayan şəhid və aztəminatlı ailələrə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MUSİAD) tərəfindən ərzaq yardımı edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ərzaq yardımı 70 ailəni əhatə edib, deputat köməkçiləri və "Damla" İctimai Birliyinin (İB) əməkdaşları tərəfindən karantin qaydalarının tələblərinə uyğun olaraq təqdim edilib.

Bundan başqa, "Damla" İB tərəfindən ümumilikdə 85 uşağa Ramazan sovqatı da verilib.

Təşəbbüs Xudat şəhər mərkəzi daxil olmaqla, Çaykənarı, Mürşüdoba, Ləcət, Nərəcan, Niyazoba, Qımılqışlaq, Qusarçay, Susayqışlaq, Uzunoba, Yeni Həyat, Mollabürhan, Yalama kənd və qəsəbələrini əhatə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.