Siyasət

Prezident İlham Əliyev: Pirşağıda həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı

16 Aprel 2021 17:23
Baxış: 1 244

Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.

Pirşağıda olarkən Prezident İlham Əliyev bildirib: Burada həmişə yaxşı şanı üzümü var idi - ağ şanı, qara şanı.

"Bakı Abadlıq Xidməti" MMC-nin müdiri Bünyad Qasımov: 50 min ting əkmişik, davam etdiririk.

Prezident İlham Əliyev: Həmin sortdan?

Bünyad Qasımov: Hazırda dörd sort əkilib, ağ şanı da var, qara şanı da.

Prezident İlham Əliyev: Çox şirin idi, bal kimi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.