Siyasət

"Əgər kimsə qanunlarımızı qəbul etmək istəmirsə, Azərbaycanı tərk edə bilər"

14 Aprel 2021 17:55
Baxış: 1 135

"Prezident İlham Əliyev haqlıdır".

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar:

"Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Çox təəssüf ki, biz hələ o ərazilərə nəzarət edə bilmirik, sepratçılar öz bildiklərini edirlər, amma bizim əsas hədəflərimizdən biri o olmalıdır ki, o ərazilər də tamamilə bizim nəzarətimizə keçməlidir. Orada yaşayan ermənilər də Azərbaycan "pasport"ları daşımalı, Azərbaycan qanunlarına tabe olmalıdırlar. 

Büdcənin formalaşmasında Azərbaycanın mərkəzi höküməti rol oynamalıdır. Hələ ki çox təəssüf ki, bunlar yoxdur. Sepratçıların fəaliyyəti hələ ki, o ərazilərdə davam edir, amma bu məsələlər həll olunmalıdır. Başqa alternativi yoxdur. Çünki biz o əraziyə başqa bir status da verməyəcəyik. 

Əgər kimsə bizim qanunları qəbul etmək istəmirsə, bizim vəsiqələri daşımaq istəmirsə yol açıqdır, Azərbaycanı tərk edə bilər. Yenə də təkrar edirəm, əgər o ermənilər Azərbaycan torpaqlarında yaşamağa davam etmək istəyirlərsə, Azərbaycan qanunları ilə yaşamalıdırlar. Gələcəkdə onlara büdcələrinin formalaşmasında, elektrik enerjisinin verilməsi və digər məsələlərin həllində də Azərbaycan dövləti rol oynaya bilər". 

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı "Rusiya sülhməramlilarinin nəzarətində olan ərazilərdə yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Bu niyyətimizi bizim bu günə qədər göstərdiyimiz humanitar və logistik dəstək də göstərir" fikirlərini səsləndirib.

Təhməz Əsədov

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.