Siyasət

Zəngilanda ermənilər 3000 illik ağacları yandırıblar - FOTO

9 Aprel 2021 13:30
Baxış: 1 041

Ermənistan Zəngilan rayonu ərazisində olan Bəsitçay Dövlət Qoruğu ərazisində xüsusi vəhşiliklər törədib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ermənilər Zəngilan rayonunu işğal etdikdən sonra ərazidə 3000 ilə yaxın yaşı olan Xan Çinarı, qovaq və digər ağacları kəsib, ərazini yandırmaqla bitki örtüyünü məhv ediblər.

Bəsitçay qoruğundan ermənilər parket istehsalı üçün yüzlərlə ağacı kəsərək daşıyıblar. Qoruqda minillik ağacları kəsən ermənilər onların kötüklərini də torpaqdan çıxarmaqla kökünü kəsmək istəyiblər. Diametri 3 metr, yaşı 2000 il olan çinar ağacını kəsdikdən sonra isə kötüyünü xüsusi alışdırıcı maddələrlə yandırıb məhv ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.