Prezident İlham Əliyev: Hər bir yerdə müasir menecment olmalıdır
Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq.
Yenə də deyirəm, son illər ərzində bu sahə mənim tərəfimdən həmişə prioritet sahə kimi qiymətləndirilmişdir və bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır. Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
Vətəndaş müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasında dəyişiklik edilib
-
Albaniya Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib
-
Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü
-
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
-
XİN Portuqaliyanı təbrik etdi
XƏBƏR LENTİ
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Real”da Vinisius böhranı
-
Pezeşkiandan Trampa cavab: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
-
Azovda həlak olmuş 4 vətəndaşımızın nəşi ölkəyə gətirilib
-
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı keçirilib - FOTO
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Yasamalda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
-
Tramp: Bu gün ABŞ İrana çox güclü zərbə endirəcək
-
“Turan Tovuz”dan getdi - FOTO
-
Vətəndaş müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasında dəyişiklik edilib
-
Ərdoğan CHP-ni sərt tənqit etdi
-
FİFA DÇ-dən 6 milyarddan çox gəlir əldə edəcək
-
Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb
-
Xalq artistləri efirdə ağladılar
-
Bakıda orqan alveri - Əmrah Əliyev və tibb qardaşı həbs edildi
-
DTX tərəfindən saxlanılan Saleh Səmədovdan xəbər var
-
“Mançester Yunayted” 6 futbolçu ilə vidalaşdı - Rəsmi
-
Bakıda “Force of Love” 2026 yay festivalı keçirilib - FOTO
-
Ramiz Mehdiyevlə bağlı yeni qərar
-
Bakıda piyada son anda ölümdən döndü - ANBAAN VİDEO
-
Albaniya Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib
-
Vəkilin oğlu faciəvi şəkildə öldü
-
Ölkədə sosial şəbəkələrdə yaş yoxlaması sərtləşdirilir





