Siyasət

"Tbilisi Azərbaycandan olan turistlər üçün daha maraqlı istiqamətə çevrilir" - Səfir

16 Mart 2021 13:22
Baxış: 562

Pandemiya dövründə Azərbaycan və Gürcüstan səfirliklərinin dəstəyi ilə hər iki ölkənin vətəndaşlarına böyük kömək göstərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Səfir bildirib ki, Tbilisi həm turizm, həm də tranzit baxımından Azərbaycan üçün daha maraqlı istiqamətə çevrilir:

"Tbilisi hava limanından Amsterdam, Vyana, Berlin, Münhen, Paris, İstanbul, Afina və digər şəhərlərə reyslər keçirir".

Z.Pataradze bildirib ki, AZAL martın 19-dan başlayaraq həftədə üç dəfə Gürcüstana uçuşlar edəcək:

"Tələb yüksəkdir və biz reyslərin sayını artıra bilərik. Biz uçuşların başlanmasını nikbinliklə qeyd edirik və vaksinasiya prosesinin operativ davam edəcəyinə ümid bəsləyirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.