Siyasət

“National Geographic” jurnalı “Instagram” səhifəsində Xudafərin körpüsünün FOTOsunu paylaşıb

14 Mart 2021 15:22
Baxış: 2 788

ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur "National Geographic" jurnalı özünün "Instagram" səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşdiyi bildirilir.

Qeyd edilir ki, Cəbrayıl Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən, Ermənistan qüvvələri tərəfindən işğal olunmuş, bu yaxınlarda isə Azərbaycan tərəfindən geri qaytarılmış yeddi rayonundan biridir.

Paylaşımda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir. Azərbaycanın 90-cı illərdə itirdiyi ərazilərinin böyük əksəriyyətini ötən il baş vermiş müharibə nəticəsində geri qaytardığı diqqətə çatdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.