Siyasət

Mili həmrəylik dövlət siyasətinin strateji prioritetidir

9 Mart 2021 11:39
Baxış: 489

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsidə Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır.

Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb.

Ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük" fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Bu fakt Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvvələrin inteqrasiya nümunəsidir. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində qeyd etdi ki, "Bizim dost partiyaların bu gün bizə qoşulması çox önəmli, əlamətdar hadisədir. Bu da siyasətimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi naliyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək. Bu partiyaların üzvlərini biz qəbul etdik, onlara bizim ailəyə "Xoş gəlmisiniz" deyirik".

Cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, Vətən müharibəsində Möhtəşəm Qələbənin əldə olunmasında mühüm rol oynamış və qazanılmış bu Qələbə ölkədə milli birliyi daha da gücləndirib. Azərbaycanda yaşayan bütün xalqların nümayyəndələri özlərini çox rahat hiss edirlər,öz ailəsində, öz doğma torpaqlarında hiss edirlər. Xalqlar arasına dostluq, mehriban münasibətlər Azərbaycan xalqının böyük sərvətidir. Biz bunu daima qorumalıyıq. Bu siyasət xalqımız tərəfindən qəbul edilir və daim dəstəklənir. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayyəndələri bir yerdə fədəkarlıq, qəhrəmanlıq göstəriblər, vətən uğrunda şəhid olublar, Azərbaycan bayrağı altında döyüşüb, qəhrəmanlq nümunələri göstərərək, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzi bərpa ediblər.

Rauf Əliyev,
Mili Məclisin deputatı 

Trend

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.