Siyasət

"Bakı və Ankara Tiflisin müstəqiliyində ciddi rol oynayır" - VİDEO

6 Mart 2021 15:43
Baxış: 554

Gürcüstanda hakimiyyətə çox radikal qruplar olmadığı müddətdə, kimin gəlməsindən asılı olmayaraq, onlar Azərbaycan və Türkiyə ilə münasibətlərini davam etdirməyin tərəfdarı olacaq. 

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişində Gürcüstanda baş verən proseslərin Azərbaycana təsiri barədə danışan BMTM-in şöbə müdiri Cavid Vəliyev deyib.

O bildirib ki, Türkiyə və Azərbaycanla münasibətlər Gürcüstanın müstəqilliyini və suverenliyini davam etdirməsində əhəmiyyətli rol oynayır:

"Gürcüstanda enerji və nəqliyyat layihələri reallaşdırıldıqdan sonra Azərbaycan və Türkiyə arasında qarşılıqlı asılılıq yaranıb. Bu isə siyasi sahəyə də öz təsirini göstərir. Bundan başqa Türkiyə və Azərbaycan Gürcüstanın ərazi bütövlüyü məsələsində hər zaman bu ölkəyə ən ciddi dəstək verən dövlətlər olub. Düzdür, Gürcüstan geosiyasi vəziyyətinə görə əhəmiyyətli bölgədə yerləşir. Amma eyni zamanda Azərbaycan və Türkiyə də Gürcüstanın vacib və stratejik qonşusudur".

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.