Siyasət

"Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur" - Liviyanin müvəqqəti işlər vəkili

6 Mart 2021 13:48
Baxış: 440

Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur. Merdinli kəndində müsəlmanların ibadət yerini -məscidi tövlə kimi istifadə ediblər. Bu əsl vandalizm aktıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Füzuli rayonunun işğaldan azad olunan Merdinli kəndinə səfər edən Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm deyib.

"Mən məscidə daxil olanda onun divarlarında təhqiramiz şəkillər gördüm. Bu addım bütün müsəlmanların dini hisslərini təhqir edir. Nəhayət ki, haqq öz yerini tapdı, Azərbaycan torpaqları işğaldan azad olundu. Mən bütün müsəlmanları buradakı dini abidələrin bərpasına yardıma dəvət edirəm", - diplomat qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.