Siyasət

Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

5 Mart 2021 17:54
Baxış: 477

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasın martın 6-da keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 6 iclası keçirilib və daxil olan müraciətlərin 650-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.