Siyasət

Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib - FOTO

2 Mart 2021 17:33
Baxış: 692

"Nyu England" Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "səssiz" aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Harvard meydanında baş tutan etiraz aksiyasında Azərbaycan icmalarının Boston şəhərində və ətraf ərazilərdə yaşayan üzvləri iştirak ediblər. Aksiya iştirakçılarının əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotofaktlar və məlumatlar nümayiş olnub.

Plakatlardakı şəkillər "Xocalıya ədalət!", "Səssiz qalma!" şüarları, "Xocalı soyqırımı Ermənistan tərəfindən törədilib", "Təxirə salınmış ədalət məhkəməsi ədalətdən imtina deməkdir" başlıqları ilə təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.