"Seçicilərin 15 il əvvəlki tələbləri ilə indiki tələbləri tamamilə fərqlidir" - Cavanşir Paşazadə - MÜSAHİBƏ
Milli.Az Milli Məclisin deputatı Cavanşir Paşazadənin Trend-ə müsahibəsini təqdim edir.
- Əvvəlcə Vətən müharibəsində qələbə ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Vətən müharibəsində qələbə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhərliyi ilə Azərbaycan ordusunun xalqa bəxş etdiyi böyük bir hədiyyədir. Bu qələbəni biz 30 il müddətində gözləmişik. Bu qələbə üçün çox insanlarımızı itirmişik, çox şəhidlər vermişik, Vətən həsrətində olub bu günü görməyən insanlarımız çox olub. Vətən müharibəsində əldə olunan qələbəni ifadə etmək üçün sözlər aciz qalır. Bu, əvəzedilməz bir şeydir. 30 il gecə-gündüz bunun haqqında düşünüb və sonda bu arzuya çatmaq özü-özlüyündə insanda elə bir hiss yaradır ki, onu sözlə ifadə etmək mümkün olmur.
Bu müharibə xalqımızın birliyinin nə qədər möhkəm olduğunu bir daha göstərdi. Yeganə müharibə idi ki, fərari olmadı. Bütün müharibələrdə fərarilər olur, elə Ermənistanın özündə bu müharibədə 10 mindən çox fərari var idi. Yeganə Azərbaycan idi ki, bu müharibədə ordudan yox, evdən fərarilər olurdu, insanlar evdən müharibəyə qaçırdılar. Gəncləri axtarırdılar və axırda məlum olurdu ki, döyüşdədi, evdən qaçıb döyüşməyə gedib. Bu, gənclərimizin nə qədər vətənpərvər olduğunu göstərir. Artıq Azərbaycan xalqının, dövlətinin səbri tükəndi və 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi.
- İşğaldan azad edilmiş ərazilərimizə getmək niyyətiniz var?
- Əlbəttə hamımız o ərazilərin həsrətindəyik. O bölgələr hamımız üçün çox əzizdir. Çox səbirsizliklə gözləyirik ki, həmin ərazilərimiz minalardan təmizlənsin və ora getməyə icazə verilsin. Ondan sonra o bölgəyə gedib oraları qarış-qarış gəzəcəm. Bu, mənim arzumdur. Biz hamımız Qarabağı çox sevirik, bu 30 ildə biz hamımız qarabağlaşdıq, Qarabağ bizim vətənimizdir, ayrılmaz bir hissəmizdir.
- Bir millət vəkili kimi seçicilərin sizdən istəkləri əsasən nədən ibarət olur?
- Açığını deyim millət vəkili olmamışdan əvvəl də mənə müraciətlər olurdu. Mən uzun müddət o bölgələrdə rəhbər vəzifələrdə işlədiyim üçün mənə müraciətlər olurdu. Əlbəttə ki, millət vəkili seçiləndən sonra da müraciətlər olur. Hətta bəziləri heç bilmir ki, mənə millət vəkili və ya o bölgənin adamı, hacı kimi müraciət edir. Mənim üçün də fərqi yoxdur, mənim üçün əsas odur ki, onların müraciət etdiyi məsələlərdə yardımçı olum, əlimdən gələn nə varsa edirəm və bundan sonra da edəcəm. Hər şeydən öncə bu mənim vətəndaşlıq borcumdur və təbii ki, millət vəkili olmaq mənim məsuliyyətimi daha da artırır.
Müaribə dövründə hər bir şəhidimizin evində oldum, yenə də oluran, şəhid ailələri ilə görüşürəm, mənə müraciətlər edirlər, mən də əlimdən gələni edirəm, çalışıram ki, onlara dəstək olum. Təbii ki, bu hər birimizin borcudur. Ümumiyyətlə istər millət vəkili olum, istər olmayım, mən insanlara kömək göstərməkdən çəkinmirəm və çəkinməyəcəm də.
- Artıq neçənci dəfədir ki, millət vəkili seçilirsiniz. Millət vəkili olmağın çətin tərəfləri nədir?
Millət vəkili olsan da, olmasan da, gərək məsuliyyətli olasan. Millət vəkili kimi təbii ki, daha məsuliyyətli olmalısan. Mən artıq 15 ildən artıqdır ki, eyni dairədən millət vəkiliyəm. Birinci 5 illikdə insanların istək və arzuları tamam başqa cür idi, 2-ci beş illikdə tamam baqa cür, 3-cü beşillikdə tamam başqa cür. İndi də tamam başqa cürdür. Bunların hər birində insanların istəkləri, tələbləri tamam başqa cürdür. Onların əvvəlki istəkləri artıq öz həllin tapıb.
Yəni dövlətimiz insanların tələblərini yerinə yetirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz məktəblər tikib, yollar çəkib, qaz, işıq çəkib. Nə edirsə, Prezidentimiz edir. Biz deputatlar sadəcə xalqın istəyini dövlətə çatdırırq, qanunların qəbul olunmasında iştirak edirik. Bütün sosial məsələləri isə dövlətimiz həll edir.
Millət vəkili xalqın sözünü dövlətə çatdırır, dövlətin fikrini xalqa çatdırır və dövlətin xalq üçün lazım olan qanunlarının qəbul edilməsində iştirak edir, seçicilərlə görüşlər keçirir, onların fikirlərini öyrənir. Bu, millət vəkilinin qanunla müəyyən olunan vəzifələridir. Qalanı isə vətənpərvərlik, qonşuluq, dostluq, ağsaqqallıq və digər amillərdən asılıdır.
- Siz qeyd etdiniz ki, seçicilərin tələbləri dəyişir. Əvvəl tələblər nə idi və indi nədir?
- Misal üçün birinci beşillikdə deputat olan zamanı insanlar elektrik enerjisi təchizatından narazı idilər. Müraciət edirdilər ki, heç olmasa gündə bir neçə saat işığımız olsun. O dövrlər artıq geridə qalıb, indi şükürlər olsun ki, o problemlər yoxdur, daimi işıq var. Sonra deyirdilər ki, yol yoxdur, gedib gəlmək olmur. İndi yollar da düzəlib. Qaz təchizatı ilə bağlı problemlər var idi və problemlər də artıq aradan qalxıb. Yəni işıq, qaz, yol, məktəb kimi problemlər öz həllini tapıb.
Bunlar hamısı dövlətimizin, iqtisadiyyatımızın inkişaf etməsindən, dövlət rəhbərimizin gördüyü düzgün işlər nəticəsində mümkün olub.
İndi isə başqa tələblər edirlər. Misal üçün biri evinin kiçik olmasından şikayət edir. Artıq işıq, qaz, yol var və indi də deyir ki, evim balacadı. Biz də çalışırıq ki, əlimizdən gələn köməyi edək.
Biz hamımız çalışmalıyıq ki, cəmiyyətin, xalqın xeyrinə, onların əhval-ruhiyyəsinin yaxşılaşmasına, dövlətin yanında olmasına istiqamətlənmiş fəaliyyət göstərək.
- Siz həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində təmsil olunursunuz. Bu gün həm də pandemiya ilə bağlı məscidlərin bağlı olması müəyyən narazılıq yaradır.
- Mən də istəyərdim ki, insanlar məscidlərə getsinlər, namaz qılsınlar, öz ibadətlərini etsinlər. Təbii ki, biz hamımız bunu istəyirik, ancaq biz hamımız bilirik ki, pandemiya səbəbindən dünyanın hər yerində bir sıra məcburi tədbirlər həyata keçirilir və bu tədbirlər kütləvi mərasimlərin keçirildiyi yerlərə, o cümlədən məscidlərə də şamil edilir. İnanırıq ki, yaxın zamanlarda biz bu pandemiyaya qalib gələcəyik və məscidlər öz fəaliyyətlərini davam etdirəcək.
Azərbaycanda dövlət tərəfindən dinə böyük etimad və qayğı göstərilir. İstər regionlarda, istər Bakıda məscidlərin təmir edilməsi də buna sübutdur. Hazırki vəziyyət sadəcə olaraq pandemiya ilə bağlıdır. Hansısa narazılıq yaratmaq istəyənlər isə bizim nailiyyətlərimizə sevinməyən daxili və xarici qüvvələrdir. Onlar istəyirlər ki, dini məsələlərdə narazılıq yaratsınlar. Azərbaycan xalqı bu məsələni diqqətlə izləyir, reallığı görür və onlara heç bir əhəmiyyət vermir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan və ABŞ arasında strateji razılaşma
-
San-Marino mətbuatı Azərbaycandan birbaşa qaz tədarükünün əhəmiyyətini vurğulayıb
-
TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq - Marko Rubio
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
XƏBƏR LENTİ
-
“Qarabağ” 1 milyonluq qapıçı ALDI
-
"Elit star" Cəmilə niyə efirlərdən "yoxa çıxıb"?
-
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər OLUNACAQ
-
Bu qəpikdən kim gətirsə, 66 min alacaq
-
"Çox gülməlidir, lakin..." - Erlinq Holand "Real"a keçir?
-
Ronaldonun transfer qiyməti kəskin düşdü
-
Çempion “Sabah” kapitanını GÖNDƏRDİ
-
ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək
-
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda, arpa və gübrə göndərilib - YENİLƏNİB
-
“Fənərbağça”nın prezidenti həbs cəzası ALDI
-
Keşlədə güclü YANĞIN
-
“Arzum”un işində müstəntiq məhkəmədə dindiriləcək
-
Mourinyo Türkiyəni Avropa məhkəməsinə şikayət etdi
-
Haqqında sənədli film çəkildi
-
Uşaq pulu müzakirəsi: Mövzu niyə bayağılaşdırılır?
-
Məşhur müğənni görünüşünü DƏYİŞDİRDİ
-
DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb
-
Pis havanı unudun, 32 dərəcə isti olacaq - PROQNOZ
-
Bakıda bu küçədə yol çökdü
-
Dünyanın ən zəngin insanı onlardır - SİYAHI
-
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
-
Bakıda məşhur baş həkim dünyasını dəyişdi - FOTO
-
Ölkədə İLK: Bu torpaqlar birləşdirilir





