Siyasət

Qırğızıstanın xəbər portalları Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransının tam mətnini yayımlayıb - FOTO

1 Mart 2021 21:00
Baxış: 412

Qırğızıstanın "goldenbridgenews.com" və "turkeltoday.info" portalları AZƏRTAC-ın "Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib" sərlövhəli materialının tam mətnini yayımlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "goldenbridgenews.com" portalı Azərbaycan Prezidenti İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavab verdiyini bildirib.

Portal yazır: "Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb".

Sayt xarici jurnalistlərin Füzuli və Cəbrayıl rayonlarında erməni vandallarının dağıtdığı şəhər və kəndləri öz gözləri ilə görməsi, Füzulidə beynəlxalq hava limanının tikildiyi məkana getmələri ilə bağlı da informasiya verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.