Siyasət

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

1 Mart 2021 10:08
Baxış: 517

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, komissiyanın növbəti toplantısının martın 2-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.