Siyasət

"7 min gəncimizi itirdik" - Ermənidən etiraf

26 Yanvar 2021 12:48
Baxış: 3 435

İkinci Qarabağ Savaşında həlak olan ermənilərin sayı ilə bağlı rəqəmlər fasiləsiz artır. Artımın obyektiv səbəbləri olduğu kimi, subyektiv səbəbləri də var.

44 gün davam etmiş hərbi əməliyyatlar nəticəsində həlak olan Ermənistan hərbçiləri və qarabağlı ermənilərin dəqiq saylarını, təbii ki, müharibə başa çatan kimi açıqlamaq irreal olardı.

Ermənistanın Müdafiə Nazirliyi savaşda verdiyi itkiləri, məruz qaldığı tələfatı hələ də dəqiq açıqlamayıb. Nazirliyin bəhs etdiyi "2751 nəfər hərbçimiz həlak olub" bəyanatına ermənilər inanmırlar. Onların dediklərinə və yazdıqlarına görə, 44 günlük savaşda ən azı 5 min Ermənistan vətəndaşı həlak olub.

Ermənilərin itkiləri, sadəcə, Ermənistan vətəndaşları ilə kifayətlənmir, çünki savaşda minlərlə qarabağlı erməni də həlak olub.

Dağlıq Qarabağdakı terrorçu xunta bu gün daha 65 qarabağlı erməninin ad və soyadını yayaraq, onların savaşda həlak olduqlarını bəyan edib. Beləliklə, qarabağlı ermənilərdən həlak olanların "rəsmi" sayı 2294 nəfərə çatıb.

Yüzlərlə, hətta minlərlə erməninin leşləri isə hələ də tapılmayıb.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin Xankəndidə yaratdığı "Qaynar xətt" də həlak olmuş ermənilərin axtarışı, onların kimliyinin müəyyənləşdirilməsi məqsədi güdür.

Bu günədək həmin "Qaynar xətt"ə 2431 erməni ilə bağlı müraciət olunub.

Yəni minimum 2431 erməninin leşi hələ də Qarabağda qalıb.

Ermənilərin itkilərinin real miqyası hələ bəlli olmasa da, bəzi etiraflar artıq səslənməkdədir.

Məsələn, Dağlıq Qarabağdakı terrorçu xuntanın "parlament spikerinin köməkçisi" İrina Safaryan Twitter-dəki akkauntunda yazıb: ""Rusiyada indi "2018-ci ildə Ermənistandakı aprel" yaşanır. Həmin səbəbdən Vətənimi itirdim, 7 mindən artıq gəncimiz artıq yoxdur. Rusiyalılar, ümid edirəm siz daha ağıllı olacaqsınız. Möhkəm durun!!!"

İ.Safaryanın açıqladığı rəqəm savaşda həlak olmuş bütün erməni hərbçilərin sayı deyil: təqribi hesablamalara görə, sadəcə, Ermənistanın Müdafiə Nazirliyinin hələ də açıqlamadığı tələfat siyahısında minimum 6500 nəfərin ad və soyadı var.

Qarabağlı ermənilər arasındakı "müharibə leş"lərini də nəzərə alsaq, yekun rəqəb təqribən 8 mindən artıq olmalıdır.

Həmin rəqəmsə artmağa davam edir.

Günbəgün...

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.