Siyasət

Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev

21 Yanvar 2021 19:11
Baxış: 895

Ermənistan 44 günlük müharibədən sonra necə rəzil duruma düşübsə artıq həmin rəzillik hökümət üzvlərinin açıqlamalarına, fikirlərinə də təsir edir. Bunlar həqiqətən çox cılızlaşıblar, yerin dibinə qədər eniblər, başlarını itiriblər. İndi də Xarici İşlər naziri Ara Ayvazyan deyir, "Şuşa ermənilərin mədəniyyət mərkəzidir". Təsəvvür edirsinizmi? Məntiqsizlik, bəsitlik, sərsəmləmə hansı səviyyədədir?! Hərgah, adama sual verən gərək ki, bəs mədəniyyət mərkəzi idisə, niyə Şuşanı 30 il boyunca o günə, o hala salmışdınız? Niyə daş üstdə daş qoymamışdınız? Niyə bütün mədəni irsi, mədəni mərkəzləri, tarixi abidələri güllə altına vermişdiniz?

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, bu namərdlərdə utanma hissi o qədər tükənib ki, artıq ağıllarına gələni yox, məhz ağızlarına gələni danışırlar. Niyə? Çünki rabitə itib, məntiq itib, qiymətləndirmə itib, realizm itib. Erməni hər şeyi bax bu cür saxtalaşdırmağa çalışır. Tarix boyunca da saxtalaşdırıb:

"Şuşa qədim Azərbaycan ərazisidir, Pənahəli xanın əsəridir, bizlərin dədə-baba məkanıdır. Şuşa 30 ilə yaxın işğal altında qaldı, dağıdıldı, söküldü, istismar olundu. Təcavüzkar düşmən bu şəhəri də vicdansızca, əclafca, nakişicə viran günə saldı. İndi isə hələ utanmadan yenə dil uzadırlar, sərsəm-sərsəm bəyənatlar verirlər. Belə isə dünyadan xəbəri olmayan, reallıqdan uzaq, yazıq və məzlum Ayvazyana biriləri xatırlatsın ki, Şuşa Azərbaycanın döyünən ürəyidir. Şuşanı Azərbaycanın igid əsgərləri əlbəyaxa döyüşlə, dünya tarixinə qızıl hərflərlə yazılacaq qəhrəmanlıqla geri qaytarıblar. Şuşa bundan sonra əbədiyyən Azərbaycanın olacaq. Şuşanı bundan sonra göz bəbəyimiz kimi qoruyacağıq. Şuşaya artıq yol çəkilir, Şuşada artıq Azərbaycan bayrağı dalğalanır, Şuşada artıq Azərbaycanın dövlət idarələrinin şöbələri təsis olunur, infrastruktur formalaşır. Artıq Şuşada, İsa bulağında Paşinyan yallı gedə bilmir. Artıq Şuşaya, İsa Bulağına Azərbaycanın Ali Baş Komandanı səfər edir. O hətta gecəni Şuşada qalır, sabahını orada açır, dünyaya mesajlarını bu müqəddəs torpaqdan verir. Ayvazyan bütün bunları görmürmü? Görmürsə, bir adam onun gözlərini açsın. Yox, əgər görürsə, o zaman sərsəmləməsin, ağlını başına yığsın və bundan sonra Şuşa haqqında ehtiyatla danışsın.

Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Məhz Azərbaycanın. Erməni vandalları bir də bu cənnətməkana xətər yetirə, ziyan vura bilməyəcəklər. Şuşa artıq etibarlı əllərdədir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.